Dünya Bankı öz işçilərini Ukraynadan çıxarır

dunya-banki-oz-iscilerini-ukraynadan-cixarir
Oxunma sayı: 1391

Dünya Bankı Rusiya və Ukrayna arasındakı mövcud gərginlik səbəbindən öz işçilərini müvəqqəti olaraq Ukraynadan çıxarır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Röyters” Dünya Bankının əldə etdiyi sənədinə əsasən məlumat yayıb. 

“Dünya Bankı Qrupunun əsas prioriteti əməkdaşlarımızın və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etməkdir. Təxliyə məsələləri ilə bağlı siyasətimizə uyğun olaraq, əməkdaşların müvəqqəti yerdəyişməsi aparılır, gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür”, - sənəddə bildirilir.

Qeyd edilir ki, Dünya Bankı Ukraynada fəaliyyətini davam etdirir.