Dünya Bankından Azərbaycana təklif

dunya-bankindan-azerbaycana-teklif-
Oxunma sayı: 1201


"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, bunu bazar ertəsi bankın Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda Bakıda keçirilən IV Vergi Forumunda deyib.

Onun sözlərinə görə, bu şəraitdə ölkə yeni proqramlar və iqtisadi model hazırlamalıdır: "Bu baxımdan Dünya Bankı Azərbaycana yardım etməyə hazırdır".

Nümayəndəliyin rəhbəri, həmçinin Azərbaycanda nağdsız ödənişlərin səviyyəsinin artırılmasına diqqət çəkib: "Hazırda Azərbaycanda şirkətlərin yalnız 65 faizinin bank hesabı var ki, bu da problemdir".

Müqayisə üçün, digər ölkələrdə bu göstərici 85-88 faiz təşkil edir.

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün zəruri tədbirlərin görülməli olduğunu vurğulayan L.Leşenko təəssüflə bildirib ki, ölkədə ödəniş kartlarının istifadəsi geniş yayılmayıb.