Dünya Bankından Türkiyəyə 1,78 milyard dollar yardım

dunya-bankindan-turkiyeye-178-milyard-dollar-yardim
Oxunma sayı: 2278

Dünya Bankı Türkiyədə baş verən zəlzələlərdən sonra zərərçəkənlərə kömək məqsədilə 1,78 milyard ABŞ dolları maliyyə yardımı ayırıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat bankın saytında yayılıb. 

Bildirilib ki, Dünya Bankı fəlakətin həcmini müəyyən etmək və yenidənqurma işləri üçün zərərin sürətli qiymətləndirilməsinə də başlayıb.