Dünya Bankının yeni prezidenti seçildi

dunya-bankinin-yeni-prezidenti-secildi
Oxunma sayı: 4340

“Mastercard”ın keçmiş baş direktoru Acay Banqa Dünya Bankının yeni prezidenti seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DB-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub:

“Dünya Bankının İcraçı Direktorları Acay Banqanı 2023-cü il iyunun 2-dən başlayaraq beş il müddətinə Dünya Bankının prezidenti seçib”.

Qeyd edək ki, Banqa 2007-ci ildən ABŞ vətəndaşı olan hind əsilli amerikalı iş adamıdır. 2010-2021-ci illərdə “Mastercard”da, sonra “General Atlantic”də işləyib. 2020-ci ildə Beynəlxalq Ticarət Palatasının sədri seçilib, bu vəzifəni 2022-ci ilə qədər tutub.