Dünya bazarında neftin qiymətləri açıqlandı

Dünya bazarında neftin qiymətləri açıqlandı
Oxunma sayı: 1570

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,91 dollar geriləyərək 68,42 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,92 dollar ucuzlaşaraq 65,17 dollar təşkil edib.

Azərbaycan neftinin qiymətinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,32 dollar artaraq, 69,42 dollar təşkil edib.