Dünya brendləri bir arada - “Optimal”da

dunya-brendleri-bir-arada
Oxunma sayı: 3032

Ötən gün “Optimal” Xalqlar Dostluğu metro stansiyasının yaxınlığında yeni ən böyük mağazasının rəsmi açılış mərasimini keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Optimal” 1997-ci ildə fəaliyyətə başlayıb. Hazırda “Optimal” Azərbaycanın ən böyük məişət texnikası və elektronika mağazalar şəbəkələrindən biridir. Bakıda 27, bölgələrdə isə 18 mağaza müştərilərə xidmət göstərir. Optimal yalnız Bosch, Samsung, Vestel, Carrier, Simfer, Karcher, Singer kimi dünya brendləri ilə əməkdaşlıq edir. “Optimal” şirkəti bütün məhsullara 3 ilədək zəmanət, pulsuz çatdırılma və quraşdırılma təklif edir.

Xalqlar Dostluğu mağazası 2500 kv. m sahəyə malikdir. Mağazanın 1-ci mərtəbəsində məişət texnikası və elektronika məhsulları, 2-ci mərtəbəsində məhşur türk mebel brendi Aldora təmsil olunub. 3-cü mərtəbədə isə yerli mebel məhsulları təklif olunur. 

“Optimal” şirkəti dünyanın qabaqcıl elektronika(mobil telefon, tv və s.) və mebel brendləri ilə yeni əməkdaşlıqlara başlayıb. Bu sahədə də Optimal bazarda xüsusi hədəfləri qarşısına qoyub. Artıq bundan sonra Optimal mağazalarında daha geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsullarını çox sərfəli şərtlər və qiymətlərlə əldə etmək mümkün olacaq.  

Nəzərinizə çatdırmaq istərdik ki,  filialın açılışı ilə əlaqədar iyulun 10-dan 17-nə kimi bütün nağd alışlara 20% endirim, kreditlə isə komissiyasız, ilkin ödənişsiz, faizsiz, arayışsız şərtlər ilə  üstəlik bonuslar kampaniyası mövcüddur.