Dünya bütün canlıların evidir - Video

dunya-butun-canlilarin-evidir
Oxunma sayı: 1459

Bütün canlıların yaşamaq və var olmaq hüququ var. Biz insan olaraq heyvanların bu hüquna biganə yanaşa bilmərik. Ona görə də hər birimiz ətraf mühitə qarşı həssas olmalı, bunu özümüz üçün mənəvi borc bilməliyik. Çünki sağlam cəmiyyətin formalaşmasında vacib ünsürlərdən biri də sağlam ətraf mühitdir. Bu dəyərləri meyar hesab edən “Araz” supermarketlər şəbəkəsi korporativ sosial məsuliyyət layihələri çərçivəsində küçədə yaşayan heyvanların müdafiəsinə dəstək məqsədi ilə “Dünya bütün canlıların evidir” devizi altında layihə həyata keçirib.

Xəbəri rus dilində oxuyun: Мир – наш общий дом 

Layihənin tərəfdaşı, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Baytarlıq Klinikasıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan, Cənubi Qafqazın ən böyük baytarlıq klinikasının peşəkar komandası küçədə yaşayan heyvanların tibbi müayinəsini həyata keçirib. Onlara parazit əleyhinə dərmanlar verilib, lazımi tibbi müdaxilələr olunub. “Nestle Azərbaycan MMC” isə heyvanları qida ilə təmin edib. “Araz” supermarketlər şəbəkəsi hər kəsi bu mövzuda həssas olmağa çağırır. Çünki dünya bütün canlıların evidir.

 Layihənin görüntülərindən ibarət video çarxı sizinlə bölüşürük.