"Qafqazinfo"nun Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycan təmsilçiləri Aleksey Sitnikova Yuliya Zlobina da buz meydança üzərinə çıxıblar.
İdman rəqslərində qüvvəsini sınayan 33 cütlük arasında olan idmançılarımız ilk proqramı uğurla başa vurub. Belə ki, qısa rəqs zamanı 57,01 xal toplayan cütlük proqramı 12-ci yerdə başa vurub. Bu isə onlara ikinci çıxışda iştirak edənlər sırasına düşməyə imkan verib.
Qeyd edək ki, bu gün keçiriləcək həlledici mərhələyə 20 cütlük buraxılıb.
Son xəbərlər
Son Xəbərlər