Azərbaycanı bu növdə ilk gündə 3 çəki dərəcəsində idmançılarımız təmsil edəcək. Artıq idmançılarımızın ilk rəqibləri də bəllidir.
66 kq
1/32 final. Artyom Surkov (Rusiya) - Həsən Əliyev
75 kq
1/32 final. Elvin Mürsəliyev - Xuan Anxel Eskobar (Meksika)
98 kq
1/32 final. Orxan Nuriyev - Laokvatis Kessidis (Yunanıstan)
İlk görüşlər Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Final qarşılaşmaları isə 8 sentyabr saat 06:30-da start götürəcək və İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, Las Veqasda keçiriləcək dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.
Son xəbərlər
Son Xəbərlər