Dünya çempionatı təxirə salındı

dunya-cempionati-texire-salindi
Oxunma sayı: 1296

Şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında keçiriləcək dünya çempionatı koronavirus infeksiyası səbəbindən qeyri -müəyyən müddətə təxirə salınıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnir Rumıniyanın Mamaya şəhərində 2020-ci ilin sentyabrın 7-dən 20-dək keçirilməli idi.

Qeyd edək ki, yarış 8, 10, 12, 14, 16 və 18 yaşlı şahmatçılar arasında təşkil edilir.