Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı üçün biletlərin satışına start verilib.
“Qafqazinfo”nun məlumatına görə, satışın ilk mərhələsi fevralın 8-dək davam edəcək və biletlər yalnız FİFA-nın saytı vasitəsilə satılacaq.
Əcnəbi vətəndaşlar üçün qrup mərhələsinin biletlərinin qiyməti 69-220 dollar, yerli vətəndaşlar üçün isə 11 dollar olacaq.
Final qarşılaşmasına əcnəbilər 604-1600 dollar arası xərcləməklə baxa bilərlər, yerli sakinlər üçün isə bu qiymət 206 dollardır.
Son xəbərlər
Son Xəbərlər