Dünya çempionatına “Muğanbank”ın plastik kartları ilə qatıl

dunya-cempionatina-muganbankin-plastik-kartlari-ile-qatil
Oxunma sayı: 1071

Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq, “Muğanbank” ASC-nin Visa Infinity və MC World Elite kartları istisna olmaqla bütün növ Visa, Master və Union Pay kartlarına 50 faiz endirimlə sahib olun.

“Qafqazinfo” xəbər verir ki, limitsiz nağd və komissiyasız nağdsız əməliyyatlardan rahat şəkildə istifadə etməklə futbol həyəcanına daha da rəngarənglik qatın.

Bundan əlavə, Rusiyada keçiriləcək futbol yarışını izləmək üçün səfər edən müştərilərimiz oyun biletini təqdim etməklə pulsuz Visa/MasterCard/UnionPay Gold kartlarından birinə sahib ola bilərlər.

Hazırkı kampaniya 05.06.2018-ci il tarixdən 29.06.2018-ci il tarixədək qüvvədədir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya http://www.muganbank.az/az/ saytına, həmçinin https://www.facebook.com/Muganbankofficial/?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.