“Qafqazinfo” Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, sentyabrın 14-nə kimi davam edəcək yarışın ilk millimiz üçün elə də yaxşı başlamayıb.
Yığmamızın böyük ümidlərlə heyətinə cəlb etdiyi milliləşdirilən legioner Əhmədnəbi Qvarzatilov komandamıza ilk qələbəni qazandırıb. O, 1/16 finalda moldovalı Aleksandru Çirtoaquya heç bir şans verməyib – 8:2. Lakin uğurun ardını gətirə bilməyən Əhmədnəbi 1/8 finalda gürcüstanlı Vladimir Xençiqaşviliyə 2:8 hesabı ilə uduzaraq, çempionluq şansını “dəfn” edib. Rəqib finala kimi irəlilədiyindən, Qvarzatilovun təsəlliverici görüşlərə yolu açılıb. Əhmədnəbi öncə Andre Quispi (Çili) ilə güləşib. Qarşılaşma millimizin üzvünün asan qələbəsi ilə başa çatıb – 11:0. O, ardınca Vladislav Andreyevlə (Belarus) qüvvəsini sınayacaq./Appasport.az/
Çempionatın ilk günündə 57, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparır.
57 kq
1/16 final - Əhmədnəbi Qvarzatilov - Aleksandru Çirtoaca (MDA) 8:2
1/8 final - Əhmədnəbi Qvarzatilov - Vladimir Xinçeqaşvili 2:8
Təsəlliverici görüş - Quispre (CHİ) - Əhmədnəbi Qvarzatilov 0:11
Təsəlliverici görüş - Əhmədnəbi Qvarzatilov - Andreyev (BLR)
70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Yevgeni Nedealco (MDA) 6:4
1/4 final - Zəlimxan Yusupov (TJK) - Ruslan Dibirhacıyev 3:0
86 kq
1/16 final - Aleksandr Dolli (İRL) - Həmzət Osmanov 0:6
1/8 final - Jame Espinal (PUR) - Həmzət Osmanov 3:4
1/4 final - Həmzət Osmanov - Georgitha Stefan (ROU) 10:0
1/2 final - Həmzət Osmanov - Perez Salas (CUB) 0:1
Bürünc medal görüşü - Həmzət Osmanov
125 kq
1/16 final - Aslan Dzebişov - Ayaal Lazerev (KGZ) 4:1
1/8 final - Taha Akgül (TUR) - Aslan Dzebişov 4:0
Təsəlliverici görüş - Riçard Csercsics (HUN) - Aslan Dzebişov - 2:6
Təsəlliverici görüş - Aslan Dzebişov - Tervel Dlagnev (USA) 1:3
Açılış mərasimi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq, 19:00-dan etibarən isə final görüşləri baş tutacaq. Final qarşılaşmaları İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
Son xəbərlər
Son Xəbərlər