Dünya çempionatına vəsiqə qazanan millimizin üzvü karyerasını bitirdi - Fotolar

dunya-cempionatina-vesiqe-qazanan-millimizin-uzvu-karyerasini-bitirdi
Oxunma sayı: 1065

Futzal üzrə Azərbaycan yığmasının veteran futbolçusu Rəcəb Fərəczadə milli karyerasını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, dünya çempionatına vəsiqə uğrunda Azərbaycan millisinin Hollandiya ilə Bakıdakı cavab pley-off matçı öncəsi Fərəczadənin yığmadan gedişi xüsusi qeyd olunub.

Belə ki, qarşılaşmanın start fiti ərəfəsində AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Rəcəbi millidəki zəngin karyerası münasibətilə təbrik edib, ona təşəkkürünü bildirib. Onlar Fərəczadəyə milli komandamızın 7 nömrəli formasını da hədiyyə ediblər.