Dünya çempionatında 4-cü əvəzetmə olacaq - FİFA-dan yeni qərar

dunya-cempionatinda-4-cu-evezetme-olacaq
Oxunma sayı: 2048

FİFA Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərarları təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, FİFA mundialda komandaların 4-cü əvəzetmə hüququnu təsdiq edib. Yeni qayda yalnız əlavə vaxt olduğu təqdirdə tədbiq edilə bilər. Bu variant 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar kubokunda ilk dəfə sınaqdan keçirilmişdi.

FİFA mundialda videotəkrar sistemindən istifadə edilməsini rəsmən təsdiqləyib.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.