Dünya çempionatında ilk dəfə iştirak edəcək futbolçular- - Fotolar

dunya-cempionatinda-ilk-defe-istirak-edecek-futbolcular-
Oxunma sayı: 934


 “Qafqazinfo” xəbər verir ki, birinci dəfə bu mundialda özünü göstərəcək futbolçular sırasıda olduqca təcrübəli adlar da var. Onların bəzilər ilə tanış olaq:

İtalyan futbolçu Antonio Kassano indiyənə kimi 3 dəfə Avropa çempionatı həyəcanı yaşasa da, Braziliyadakı mundioal onun üçün birinci olacaq. 

“Çelsi”də oynayan Con Obi Mikel də ilk dəfə Nigeriya forması ilə Braziliyadakı dünya çempionatında iştirak edəcək. 2010-cu ildə futbolçunun zədələnməsi onu bu arzusundan məhrum edib.

Argentinalı Lavvezi də dünya çempionatı həyəcanını ilk dəfə Braziliyada yaşayacaq futbolçulardandır. 

Dünya çempionatı həyəcanı yaşamayan digər bir argentinalı 29 yaşlı Pablo Zabaletadır. “Mançester Siti”nin futbolçusu 10 ilə yaxındır ki, Argentina millisinində çıxış edir. Lakin o bundan qabaqkı iki mundiala aparılmayıb. 

“Real”Madridin ulduz futbolçusu Kərim Benzema da bu il ilk dəfə dünya çempionatında çıxış edəcək. 2010-cu il Cənubi Afrikada təşkil edilən yarışda Benzemanın zədəli olması və adının seks qalmaqalında hallanması onu dünya çempionatından aralı salıb.


İqbal