Dünya çempionatında Rusiyanın himn qalmaqalı - Güləşçidən etiraz

dunya-cempionatinda-rusiyanin-himn-qalmaqali-
Oxunma sayı: 3616

 

ABŞ-da keçirilən yunan-roma güləşi üzrə dünya çempionatında Rusiyanın himni yanlış səsləndirilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, təşkilatçılar mükafatdırma mərasimi zamanı Rusiyanın keçmiş himni ilə yeni himnini səhv salıblar. 75 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Roman Vlasov jestlərlə təşkilatçılara yanlışlığa yol verildiyini başa salmağa çalışıb. Bu zaman himn yarımçıq kəsilib və yanlışlıq aradan qaldırılıb.