Dünya çempionatını Azərbaycanda bu kanal yayımlayacaq

dunya-cempionatini-azerbaycanda-bu-kanal-yayimlayacaq
Oxunma sayı: 4807

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatını Azərbaycanda yayımlayacaq kanal bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, mundialın oyunları azarkeşlərə İctimai TV vasitəsilə təqdim olunacaq. 

Bu barədə kanalın rəsmi feysbuk səhifəsi məlumat yayıb. 

Qeyd edək ki, dünya çempionatı 20 noyabr-18 dekabr tarixlərində keçiriləcək.