Dünya çempionatının 8 oyunu “CBC Sport”da yayımlanacaq

Dünya çempionatının 8 oyunu “CBC Sport”da yayımlanacaq
Oxunma sayı: 3040

Qətərdə keçirilən futbol üzrə dünya çempionatın qrup mərhələsinin son turunun 8 oyunu “CBC Sport”da yayımlanacaq.

Bu barədə “Qafqazinfo”ya İctimai Televiziya və Radio Yayımları Şirkətindən bildirilib.

“Ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün “CBC Sport” telekanalı ilə razılaşma əldə edib. Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu “CBC Sport” telekanalında yayımlanacaq”.