Dünya çempionatının qalibi alman futbolçu qızlardır

dunya-cempionatinin-qalibi-alman-futbolcu-qizlardir
Oxunma sayı: 884


“Qafqazinfo”nun məlumatına görə, AzərTAc FİFA.com saytına istinadla xəbər verir ki, Monrealda keçirilən final oyununda bundestim (Almaniyanın futbol üzrə yığma komandası) əlavə vaxtda Nigeriya komandasına 1:0 hesabı ilə qalib gəlib. 98-ci dəqiqədə vurulan yeganə qolun müəllifi Lena Peterman olub.

Turnirdə üçüncü yeri Fransa yığması tutub. Bu komanda gümüş medal uğrunda oyunda KXDR-in yığmasını 3:2 hesabı ilə məğlub edib.

“R-Sport” saytı xatırladır ki, bundan əvvəl 2012-ci ildə Yaponiyada keçirilmiş dünya çempionatında Almaniya yığma komandası finalda amerikalılara 0:1 hesabı ilə məğlub olmuşdu. Gənc alman qızların aktivində artıq üç çempion titulu var.

2015-ci ildə Kanada “yaşlı” qadınlardan ibarət yığma komandalar arasında dünya çempionatına ev sahibliyi edəcək