Dünya çempionu Bekhemin klubunda

dunya-cempionu-bekhemin-klubunda
Oxunma sayı: 1295

“Yuventus”dan ayrılan Bleyz Matuidi karyerasını ABŞ-da davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, fransalı yarımmüdafiəçi “Mayami İnterə keçib. Devid Bekhemin sahibi olduğu MLS klubu 33 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb.
 
Matuidi ötən mövsüm keçirdiyi 45 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib. 2018-ci ildə Fransa ilə dünya çempionu olmuş futbolçu 2017-ci ildə PSJ-dən “Yuventusa keçmişdi.