Dünya çempionu federasiya prezidenti oldu - Foto

dunya-cempionu-federasiya-prezidenti-oldu
Oxunma sayı: 5073

Azərbaycan Kunq Fu Federasiyasına prezident seçildi Azərbaycan Kunq Fu Federasiyasının seçki-hesabat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səsvermədə üstünlük qazanaraq prezident seçilən Nurlan Aslanovu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov konfrans iştirakçılarına təqdim edib. 

Nurlan Aslanov 2000-2001-ci ildən kunq fu idman növü ilə məşğuldur. Avropa çempionatının gümüş mükafatçısı və dünya çempionudur. Ölkə prezidenti tərəfindən fəxri fərmanla təltif olunub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır.