Dünya çempionu olmaq istəyirlər - Firdovsi Umudov iddialıdır + Video

dunya-cempionu-olmaq-isteyirler
Oxunma sayı: 2005

Oktyabrın 22-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə növbəti dünya çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu səbəblə kişilərdən ibarət sərbəst güləş üzrə millimiz iyunun 24-dən iyulun 7-dək Göygöldə təlim-məşq toplanışında olublar.

Komandada nizam-intizam və məşqlərin dinamikliyi müşahidə edilib.

Sərbəst güləşçilərə milli komandanın baş məşqçisi, federasiyanın vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə məşq keçirilib. Məşqlərdə dünya çempionluğuna əsas namizədlərimiz - Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Hacı Əliyevin güclü məşqi diqqətdən yayınmayıb.

Firdovsi Umudov da komanda ilə məşq edib. 30 ildir güləş camiəsində öz sözünü deyən, dünyada (2012-ci ildə) və 3 dəfə Azərbaycanda ilin məşqçisi seçilən F.Umudovun tryukları, gənc və perespektivli güləşçilərlə qurşaq tutması xüsusi diqqət çəkib.

Xatırladaq ki, Firdovsi Umudov məşqçilikdən əlavə idmançı kimi də bir çox uğurlara sahibdir. O dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa Birinciliyinin bürünc, tələbələrin dünya çempionatının gümüş mükafatçısı və dünya kubokunun qalibidir.

2005-ci ildən isə Azərbaycanın sərbəst güləş üzrə milli komandasında məşqçi çalışır. Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçidir. “Şöhrət” ordeni (2012), “Tərəqqi” medalı (2016) ilə təltif edilib. Azərbaycanın (2009, 2012, 2015) və dünyanın (2012) ən yaxşı məşqçisi adına layiq görülüb.