Dünya çempionumuz MDB-nin ən yaxşı döyüşçüləri siyahısında

dunya-cempionumuz-mdb-nin-en-yaxsi-doyusculeri-siyahisinda
Oxunma sayı: 1502

Azərbaycanlı MMA döyüşçüsü, yüngül çəkidə dünya çempionu Tofiq Musayev Rusiyanın “TurStat” portalının onlayn səsvermə əsasında tərtib etdiyi reytinq cədvəlində onuncu yerdə qərarlaşıb. “Qafqazinfo”nun məlumatına görə, Tacikistan döyüşçüsü Loik Rəcəbovla eyni yeri bölüşdürən döyüşçümüz ümumi səslərin 3%-ni toplayıb.

2019-cu ildə çəki dərəcəsindən asılı olmayaraq Rusiya və MDB-də ən yaxşı döyüşçü adını Həbib Nurməhəmmədov (Dağıstan, Rusiya) qazanıb. O, 33% səs toplayıb.

İkinci və üçüncü yerləri də Rusiya idmançıları – Fyodor Yemelyanenko və Pyotr Yan tutublar. Onlar müvafiq olaraq 14 və 12% səs toplayıblar.

Növbəti yerlərdə Albert Tumenov (Rusiya), Zabit Maqomedşaripov (Rusiya), Mahmud Muradov (Özbəkistan/Çexiya), Andrey Arlovski (Belarus) və Jalqas Jumaqulov (Qazaxıstan) qərarlaşıb.