Dünya çempionumuzun rəqibi müəyyənləşdi

dunya-cempionumuzun-reqibi-mueyyenlesdi
Oxunma sayı: 800

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib. “Qafqazinfo” xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparacaq Cavid Çələbiyev 1/4 finalda Hakan Doğanla (Türkiyə) üz-üzə gələcək.

Dünya çempionumuzun rəqibi bu gün keçirilən 1/8 final döyüşündə müəyyənləşib. Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.
 
Çələbiyevin türkiyəli boksçu ilə görüşü mayın 14-də olacaq.