“Qafqazinfo”nun ans-ə istinadən məlumatına görə, Nigeriyanın cənub-şərq hissəsində müəmmalı virus ortaya çıxıb.
Virus görmə qabiliyyətinin itirilməsinə, baş ağırısına və ürəkgetməyə səbəb olur. Son 3 gündür ki, yayılan virus artıq 18 nəfərin həyatına son qoyub.
Ona yoluxan insan 24 saat ərzində dünyasını dəyişir. Ondo ştatının həkimləri bildiriblər ki, virus mərkəzi sinir sistemini tamamilə iflic edir.
Yoxlamalar bunun “Ebola” virusu olmadığını göstərib.
Son xəbərlər
Son Xəbərlər