Dünya futbolunda şok hadisə- - Rüşvət aldıqlarını təsdiqlədi

dunya-futbolunda-sok-hadise-
Oxunma sayı: 2304


"Qafqazinfo" xəbər verir ki, 1997-2013-cü illərdə İK-in üzvü olan Bleyzer rüşvəti necə aldıqlarını şərh edib: “2004-cü ildən İK-in üzvləri rüşvət almağa başladı. Dünya çempionatına ev sahiblik etmək istəyən ölkələrdən yaxşı pullar alındı. 2010-cu ildə CAR-ın mundiala ev sahibi olması elə-belə hadisə deyildi. Məhz pulun hesabına İK-in üzvləri dünya çempionatının CAR-da keçirilməsinə üstünlük verdi.

1996-2003-cü illərdə dünya çempionatlarının teleyayımdan gələn gəlirlərin faizləri də İK-üzvləri arasında bölüşdürülürdü. Mənimlə yanaşı, İK-in digər üzvləri də rüşvət alıb. Sözsüz ki, araşdırmadan sonra bu məsələlərin üstü gec və ya tez açılacaqdı. Ona görə də artıq mən heç nəyi gizlətmək istəmirəm”.