Dünya iqtisadiyyatında ciddi geriləmə proqnozlaşdırılır

dunya-iqtisadiyyatinda-ciddi-gerileme-proqnozlasdirilir
Oxunma sayı: 2282

“Bank of America” şirkətinin analitikləri 2020-ci ildə dünya ÜDM-nin 2,7% azalacağını proqnoz ediblər.

“Qafqazinfo” xəbər verir ki, şirkətin yayımladığı hesabatda bu geriləmənin 2008-ci ilin iqtisadi böhranından daha pis olduğu qeyd olunub.

Daha əvvəl şirkət analitikləri 0,3 faizlik qlobal iqtisadi artım proqnozu vermişdilər. Lakin koronavirus pandemiyasının bütün dünyaya yayılmasının ciddi iqtisadi fəsadlar buraxacağı təxmin edilir. Bank analitikləri avrozona iqtisadiyyatının 2020-ci ildə 7,6%-ə qədər çöküş yaşayacağını bildirib. ABŞ iqtisadiyyatının isə 6 % geriləyəcəyi proqnoz edilib.

Mütəxəssislər bunun səbəbinin inkişaf etmiş və bəzi inkişaf etməkdə olan ölkələrdə koronavirusla mübarizə üçün effektiv tədbirlərinin görülməməsi ilə bağlı olduğunu bildirib.

“Həm siyasətçilər, həm də bir çox ölkələrdəki ictimaiyyət Çindən dərs ala bilməyib. Ən sürətli və effektiv yol sərt karantin rejiminin tətbiq edilməsidir. Bunu bir həftə gecikdirmənin təsiri yalnız iqtisadiyyatın işləmədiyi kvartalla bitmir, eyni zamanda gələcək dönəmdə də iqtisadi güvənin azalmasına və həmçinin iqtisadi canlanmanın da ciddi şəkildə yavaşlamasına gətirib çıxarır”,- deyə hesabatda qeyd edilib.