“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, belə bir etirafı növbəti brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf edib.
Belə ki, jurnalistlər Departament rəsmisindən birbaşa olaraq Vaşinqtonun dövlət başçılarından Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsinin 70 illiyi şərəfinə keçirilən dəvətdə iştirak etməmələrini istəyib-istəmədiyini soruşublar. O isə suala dolayı yollarla cavab verib:
“Avropada Qələbə gününü, həmçinin Vaşinqtonda 8 mayı qeyd etməyin çox variantları var və hər bir ölkə Moskvadakı mərasimlərdə iştirak qərarını özü qəbul edib. Konkret olaraq bu hərbi parada gəlincə, biz Ukraynada baş verənləri diqqətinizə çatdırırıq və digər ölkələri də eyni şeyi nəzərə almağa çağırırıq”.
Mari Haf bir daha bu məsələdə hər bir ölkənin müstəqil qərar qəbul edə biləcəyini, bununla yanaşı ABŞ-ın aydın şəkildə öz mövqeyini sərgilədiyini vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər