Dünya mayın son günü nəyi qeyd edir?

dunya-mayin-son-gunu-neyi-qeyd-edir
Oxunma sayı: 3028

Hər il mayın 31-də “Ümumdünya Tütünsüz Günü” qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, bu bayram 1987-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə yaranıb.

ÜST xəbərdarlıq edir ki, tütün epidemiyası tarixdə bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biridir.

Təşkilatın statistikasına görə, dünyada hər il 8 milyondan çox insan siqaretlə əlaqəli xəstəliklərdən ölür, o cümlədən onların 1,3 milyonu passiv siqaret çəkənlərdir.

ÜST-nin Avropa Regionunda 13-15 yaş arası oğlanların 11,5%-i və qızların 10,1%-i tütündən istifadə edir.

2024-cü ildə bu gün “Uşaqları tütün sənayesinin müdaxiləsindən qorumaq” devizi altında qeyd olunacaq.

İctimai səhiyyə fəalları tütün məmulatlarının gənclərə zərərli təsirləri barədə ictimaiyyəti maarifləndirmək üçün növbəti dəfə güclərini birləşdirəcəklər.