Dünya mediası Bakıdan yazdı- - Fotolar

dunya-mediasi-bakidan-yazdi-
Oxunma sayı: 3188


“Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, Avropanın və dünyann tanınmış idman kanalları, habelə "İndependent" qəzeti, "Anadolu" və "TASS" agentlikləri başda olmaqla onlarla sayt və portal Avropa Oyunlarının açılış mərasimindən geniş reportajlar təqdim ediblər.

Açılış mərasimindən yazan əcnəbi media Bakı Olimpiya Stadionunda Azərbaycanın milli mədəniyyətinin yüksək səviyyədə nümayiş olunduğunu bildirib və möhtəşəm şoudan heyrətlərini gizlətməyiblər.

Xəbərlərdə nüfuzlu dövlət və hökumət başçılarının Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi də xüsusi vurğulanıb.