“Dünya müharibəsi artıq başlayıb” - Maduro

dunya-muharibesi-artiq-baslayib
Oxunma sayı: 4749

“Dünya müharibəsi artıq başlayıb. O, iqtisadi xarakter daşıyır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro “TeleSUR” telekanalına açıqlamasında bildirib.

“Onun məqsədi (iqtisadi müharibə-red.) xammal, ərzaq və enerji təchizatında qeyri-sabitlik yaratmaqla bütöv ölkələri və regionları boğmaqdır”, - Venesuela Prezidenti qeyd edib.

Maduronun fikrincə, bu müharibə iqtisadi mərhələdən nüvə silahından istifadə riski də daxil olmaqla, real silahlı qarşıdurmaya keçə bilər: “Dünyada real nüvə müharibəsi təhlükəsi var”.