“Dünya növbəti pandemiyaya hazır deyil” - Bill Qeyts

dunya-novbeti-pandemiyaya-hazir-deyil
Oxunma sayı: 4866

“Dünya növbəti pandemiyaya hazır deyil”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Microsoft”un qurucusu Bill Qeyts deyib.

“Biz növbəti pandemiyaya hazır deyilik. Ümid edirəm, iki ildən sonra vəziyyət fərqli görünəcək. Vaksinlər, testlər, dərmanlar, epidemiologiya, monitorinq – görüləsi çox iş var”, - deyə Qeyts bildirib.

Onun sözlərinə görə, COVİD zəlzələ, tornado və iqlim dəyişikliyi kimi gündəlik həyatın bir hissəsinə çevrilib:

“Hökumətlərin qarşısında duran əsas vəzifə vətəndaşları bütün bu hadisələrdən qorumaqdır. Pandemiya zamanı hazırlıq bir az daha yaxşı olsaydı, böyük bir fərq yaranardı”.