Dünya Obamanın bu görüntüsündən danışır- - Video

dunya-obamanin-bu-goruntusunden-danisir-
Oxunma sayı: 4483


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qulağında qulaqcıq, əynində qara idman geyimi ilə ağırlıq qaldıran Obamanın görüntüləri həmin salonda bir nəfər tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb. Görüntülər “Prezident Obama beləmi qorunur?” sualı yaradıb və təkcə Amerikada deyil, bütün dünyada müzakirələrə səbəb olub.

Daha əvvəl bir çox skandala imza atan ABŞ Məxfi Xidmətinin tənqid olunduğu xəbər və şərhlərdən sonra Məxfi Xidmət açıqlama vermək məcburiyyətində qalıb.

Amerika Məxfi Xidmətinin sözçüsü Ed Donovan ABŞ prezidenti Barak Obamanın Varşavada qaldığı otelin idman salonunda hər hansı bir təhlükəsizlik problemi yaşamadığını ifadə edib. Donovan otelin idman salonundakı o biri şəxslərdən salonu tərk etmələri  tələb olunmadığını ifadə edib  və “Onlara foto və ya video çəkmələri qadağan edilmədi . Çəkilən kadrlar da prezidentin yemək yediyi restoranlarda qonaq olan şəxslər tərəfindən çəkilən videolardan fərqli deyil" deyə bildirib.