Dünya operasının ulduzu vəfat etdi

dunya-operasinin-ulduzu-vefat-etdi
Oxunma sayı: 1676

İtalyan opera ifaçısı, dünya şöhrətli ifaçı Mirella Freni 84 yaşında dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The New York Times” nəşri xəbər verib.

Freni doğma Modena şəhərində vəfat edib. Artistin ölümünə səbəb uzun sürən xəstəlik və ard-arda keçirdiyi insultlar olub.

Onun debütü 1955-ci ildə “Karmen” operasında Mikaella rolu olub. Karyerası ərzində o, “La Skala” (Milan), “Metropoliten-opera (Nyu-York), “Kovent-Qarden” Kral teatrı (London), Böyük Teatr (Moskva) və bir çox digər səhnələrdə çıxış edib.