Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib - Foto

dunya-sohretli-polsali-alime-adnsu-nun-fexri-doktoru-adi-verilib
Oxunma sayı: 1098

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünya şöhrətli alim, Polşa Elmlər Akademiyasının həqiqi üzvü, professor Janusz Kacprzyka ADNSU-nun Fəxri doktoru diplomu təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, fəxri adın verilməsi ilə bağlı qərar cari il oktyabr ayında verilsə də, diplom bu gün Janusz Kacprzykanın da iştirak etdiyi ADNSU-nun Elmi Şurasının növbəti iclasında sahibinə təqdim olunub. 

Elmi Şuranın iclasında ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək dəvəti qəbul edib ölkəmizə, o cümlədən ADNSU-ya gəldiyinə görə Elmi Şura və uiversitet adından dünya səviyyəli alim Janusz Kacprzyka minnətdarlıq edib. Bildirib ki, o, nəinki öz vətəni Polşada, dünyanın bir neçə qabaqcıl univrsitetinin fəxri professorudur. Professor Janusz Kacprzykanın dəvət aldığı universitetlər onun təcrübəsindən yararlanaraq yeni-yeni uğurlara imza atıblar.

Qeyd edək ki, dünya şöhrətli alim Janusz Kacprzyk burada olduğu iki gün ərzində ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşü ilə yanaşı, universitetlə də geniş tanış olub. Professor J.Kacprzyk səfər çərçivəsində həmçinin, ADNSU-nun nəzdində yerləşən Azərbaycan-Fransız Universitetində (UFAZ) də olub.