Ləziz Catering istifadə etdiyi qayda və beynəlxalq standartların tələblərinə tam uyğunlaşdırılması və aparılan islahatlara xüsusi diqqət yetirilməsi nəticəsində İSO 9001:2015, TS EN ISO 22000:2005, TS EN ISO 14001, Star Certification və İSO 10002 standartı üzrə beynəlxalq sertifikatlarını yeniləyi. “Qafqazinfo”ya şirkətdən verilən məlumata əsasən, “EUROGAP” şirkəti tərəfindən Ləziz Cateringə TS EN ISO 22000:2005, İSO 9001:2015 və digər sertifikatlar yenilənərək təqdim edilmişdir. Şirkət tərəfindən daxili auditlər təşkil olunub, qida təhlükəsizliyi baxışları keçirilib, personalın təlimləri aparılıb və müddət bitimində Ləziz Catering bu sertifikatlarını yenilənməsinə layiq görülmüşdür. Bununla yanaşı digər TS EN ISO 22000:2005 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi, TS EN ISO 14001 – Ətraf mühitin idarəedilməsi sistemi, Star Certification və İSO 10002 Müştəri məmnuniyyəti sistemi sertifikatları da yenilənmişdir. Ləziz Cateringə verilən sertifikatları təmin edən şirkət olan “EUROGAP” bütün dünyada tanınan şirkətlərdəndir. EUROGAP Beynəlxalq MLA (Multilateral Agreement) çox tərəfli müqavilələrə görə Türkiyə ve bütün ölkələrdə sertifikasiya xidməti vermə hüququna malikdir.
Bu sertifikatlar İSO tərəfindən gərəkli, ehtiyac duyulan yoxlamalar aparılaraq həyata keçirilir və təqdim edilir. Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyətli idarəetmə standartıdır.
ISO 9001:2015 Keyfiyyət idaraetmə sistemi
Müəssisələrin idarə sistemlərinə müəyyən şərtlər gətirərək idarə, istehsal və ya xidmət işlərində məhsuldarlığı və keyfiyyəti davamlı yaxşılaşdırmağı, müştəri şərtlərinin və məmnuniyyətinin təmin edilməsini ən yüksəkdə tutmağı hədəfləyən beynəlxalq sertifikatdır.
Bundan əlavə olaraq Ləziz Cateringin aldığı sertifikatlar arasında İSO 22000, İSO 14001 sertifikatları da mövcuddur.
Faydaları:
Planlı və sistematik işləməyi təmin edir. İstehsal, planlama və vaxtında təhvili asanlaşdırır. Əlavə xərcləri aşağı salır. Rəqabət üstünlüyünü təmin edir. Şirkəti təşkilatlandırır və şirkət mədəniyyətinin yaranmasına köməklik edir. İSO 9001 Beynəlxalq Standartlaşma Təşkilatı tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyət idarəetmə standartıdır.
TS EN ISO 22000:2005 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi
Bilindiyi üzrə hazırda dünyada qida təhlükəsizliyinin idarəedilməsi üzrə ən çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical Control Point – Təhlükələrin Analizi və Kritik Nəzərat Nöqtələri) sistemidir. Beynəlxalq standartdır. Qida istehsalının ilk mərhələsində istehlakçıya çatana qədər hər mərhələdə qida təhlükəsizliyinə təsir edəbiləcək riskləri məlum edip bu riskli nöqtələrdə tədbir alaraq və şərtləri davamlı yoxlayaraq ehtiyac olduqda müdaxilə edərək sağlıqlı qida istehsalını və təqdim edilməsini hədəfləyən bir standartdır.
Faydaları:
Keyfiyyətli və sağlıqlı məhsulun istehsalı
İstehsal itkisini azalması
Xərcləri aşağı salınması
Müştəri məmnuniyyətinin qazanılması
Firmaya və ya markaya inamın artması
Beynəlxalq arenada tanınması




Son xəbərlər
Son Xəbərlər