Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın ölkəni Paris iqlim müqaviləsindən çıxarmaqla bağlı qərarına münasibət bildirib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Putin Amerika liderinin bu qərarına görə tənqid olunmamalı olduğunu bildirib.
“Tramp bəlkə də Barak Obamanın zamanında imzalanan bu müqavilənin çox da sərfəli olmadığını düşünüb. Onun məsələni daha dərindən dəyərləndirməyi vacibdir”, - deyə Putin söyləyib.
O, həmçinin müqaviləni dəstəkləyən ölkələrin bütün qaydaları dəqiq şəkildə sərgiləməsindən sonra Rusiyanın anlaşmaya qatılıb-qatılmayacağını dəyərləndirəcəyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər