Dünya Türk Forumu başladı- - Fotolar

dunya-turk-forumu-basladi-
Oxunma sayı: 1066


“Qafqazinfo”nun məlumatına görə, forumun açılış mərasimində tədbirin əhəmiyyətini vurğulayan TASAM sədri Süleyman Şensoy 4 il əvvəl yaradılmış Dünya Türk Forumunun əsasını müstəqil türk dövlətlərindən başqa, Türk diasporlarının da təşkil etdiyini və güclü təşkilatlanma prinsiplərinin olduğunu bildirib. 

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Makedoniyanın Dövlət naziri Furqan Cako, Maldovanın Qaqauz yerinin sabiq rəhbəri Mixail Formuzal, Türk Akademiyasının prezidenti Darhan Kıdırali çıxış edərək Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Forum iştirakçılarını təbrik edib, Çanaqqala, Xocalı, Qarabağ və türk dünyasının bütün şəhidlərinin xatirəsini yad ediblər. Onlar Türkiyə və Azərbaycanın timsalında bütün türk dünyasına qarşı müşahidə edilə hücumların qarşısını almaq üçün bütün türklərini həmrəyliyə və birliyə çağırıblar.

Ümumilikdə Foruma Türk dünyasından - 60-a yaxın ölkədən 450-dək nümayəndə iştirak edir.