Dünyaca məşhur simalar aparıcı Acun Ilıcalıdan şikayətçi olublar. “Qafqazinfo” xəbər verir ki, buna səbəb “Survivor” yarışmasının iştirakçılarının villa mükafatında gecə saatlarınadək əylənməsi olub.
Belə ki, “Məşhurlar” və “Könüllülər” arasında mübarizədə qalib komanda pop ulduz Mark Entoninin Mayamidəki villasında yenidən qalmaq şansı əldə edib. Həmçinin onlar üçün maraqlı parti təşkil olunub. Gecə saatlarınadək əylənən iştirakçılar ərazidəki sakinləri narahat edib.
Entoninin ulduz qonşuları A. Ilıcalıya şikayət göndərərək səssiz olmaları barədə xəbərdarlıq ediblər.

Son xəbərlər
Son Xəbərlər