Dünən Türkiyənin paytaxtı Ankarada baş verən dəhşətli terror aktına futbolçular da biganə qalmayıb.
“Qafqazinfo” xəbər verir ki, indiyə qədər qardaş ölkədə oynamış legionerlər birlikdə türkiyəli futbolçular da bu duruma münasibət bildirib.
“Barselona”nın şərəfini qoruyan Arda Turan “Ulan yüreyimiz yanıyor be” “tvit”i ilə terroru lənətlədiyini bildirib:

“Qalatasaray”da çıxış etmiş fil-dişi sahilili hücumçu Didyer Droqba Tvitter hesabından “eyni göz yaşları, eyni əziyyətlər” yazmaqla Türkiyəyə başsağlığı verib:

Türkiyə əsilli Almaniya millisinin yarımmüdafiəçisi Mesut Özil də “Pray for Ankara” yazmaqla başsağlığı verib:

“Qalatasaray”lı Aurelian Şecu da Ankara üçün dua edilməsini istəyib:

“Fənərbaxça”nın portuqaliyalı ulduzu Luiş Nani də terror qurbanlarını yad edib:

Dortmund “Borussiya”sının türk futbolçusu Nuri Şahin də başsağlığı diləklərini çatdırıb:

“Qalatasaray”ın alman ulduzu Lukaş Podolski də həmin vaxt Ankarada olduğunu bildirərək Ankara üçün dualar istəyib:

Son xəbərlər
Son Xəbərlər