Dünya ulduzu depressiyadan əziyyət çəkir

dunya-ulduzu-depressiyadan-eziyyet-cekir
Oxunma sayı: 1011

Dünyaca məşhur pop ulduz Castin Biber depressiyadan əziyyət çəkir. “Qafqazinfo”  xəbər verir ki, bir müddətdir psixoloji seanslar alan sənətçi bu barədə instaqram səhifəsində məlumat verib. 

25 yaşlı ifaçı “Özümü əlaqəsi olmayan və qəribə biri kimi hiss edirəm. Hər dəfə depressiyaya düşürəm, amma yaxşı ki, özümə gələ bilirəm. Sadəcə olaraq sizlərə əlimi uzatmaq, mənim üçün dua etməyinizi xahiş edirəm”- şərhini yazıb. 

Qeyd edək ki, Biber sevgilisi Heyli Bolduinlə ötən il gizli şəkildə nikah bağlayıb.