Dünya ulduzu gizli evləndi

dunya-ulduzu-gizli-evlendi
Oxunma sayı: 1410

Dünyaca məşhur müğənni Ed Sheeran üç illik sevgilisi Cherry Seabornla evlənib. “Qafqazinfo” xəbər verir ki, ingilis sənətçi bir müddət əvvəl gizli şəkildə ailə qurub. 

O, “accessonline” portalına müsahibəsində jurnalistin “Nə vaxt evlənəcəksiz?” sualına qəribə cavab verib.  O, üzüyünü göstərərək artıq ailə qurduğunu işarə edib. 

Qeyd edək ki, məşhur cütlük yanvar ayında nişanlanıb. Sheeran Seaborna sevgisini Beyonsla duet oxuduğu “Perfect” mahnısı ilə elan etmişdi.