Dünya universitetləri Bakı və Gəncədə!

dunya-universitetleri-baki-ve-gencede
Oxunma sayı: 3969

Mayın 18-19-da CELT Xaricdə Təhsil Sərgisi keçiriləcək.  

“Qafqazinfo”nun məlumatına görə, sərgidə Avropa, ABŞ, BƏƏ və Türkiyənin 50-dən çox ən reytinqli universitetlərinin qəbul şöbələrinin rəhbərləri və əməkdaşları, həmçinin ADA universiteti iştirak edəcək. 

Dünya universitetlərinin nümayəndələri ilə görüşərək xaricdə bakalavr və magistratura dərəcələri, diplom və sertifikat proqramları, “Foundation” proqramları, distant təhsil, xaricdə dil kursları və yay məktəbləri barədə ətraflı məlumat ala bilərsiniz. 

Ən yaxşı universitetlərlə tanış olmaq, təqaüdlər haqqında məlumat almaq və xaricdə təhsilinizi planlaşdırmağa başlamaq üçün bu fürsəti qaçırmayın! 

Sərgidə iştirak etmək üçün bu linkdən qeydiyyatdan keçmək tələb olunur. Sərgiyə giriş ödənişsizdir!

Tarix: 18 May, 2024

Saat: 11:00-17:00

Məkan: Hilton Baku

***

Tarix: 19 May, 2024

Saat: 12:00-17:00

Məkan: Gəncə Dövlət Flarmoniyası

Ətraflı məlumat üçün: +99455 503 59 39