Dünya üzrə 2 milyard dozadan çox peyvənd vurulub - Siyahı

Dünya üzrə 2 milyard dozadan çox peyvənd vurulub
Oxunma sayı: 1537

Dünya üzrə koronavirusa qarşı tətbiq edilən vaksin dozalarının sayı 2 milyard 220 milyonu ötüb.

“Qafqazinfo” xəbər verir ki, dünya üzrə koronavirusa qarşı vaksinasiya məlumatlarının tərtib edildiyi “Ourworldindata.org” saytına görə, Çin 808 milyon 960 min doza ilə ən çox peyvənd vuran ölkə olub.

Çindən sonra ilk onluqda peyvəndlənmə göstəricilərinə görə ABŞ (303 milyon 920 min), Hindistan (239 milyon 60 min), Braziliya (74 milyon 540 min), İngiltərə (68 milyon 800 min), Almaniya (55 milyon 550 min) , Fransa (40 milyon 840 min), İtaliya (39 milyon 310 min), Meksika (34 milyon 660 min), Türkiyə (31 milyonla 646 min) yer alır.

Əhaliyə nisbətdə peyvəndlənmə göstəricisi ən yüksək olan ölkə 100 adama doza sayının 138,83 olduğu Seyşel adalarıdır. Seyşel adaları ilə birlikdə daha 9 ölkədə tətbiq olunan dozaların sayı əhali sayını keçib.

Hər 100 nəfərə tətbiq olunan dozaların sayı Birləşmiş Ərəb Əmirliklərində 134.95, San- Marinoda 127.27, Maltada 126.45, İsraildə 122.49, Bəhreyndə 108.71, Monqolustanda 106.19 Çilidə 102.76, İngiltərədə 101.35 olub.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 2 milyon 586 min 410 (1-ci mərhələ: 1 646 054, 2-ci mərhələ: 940 356) doza peyvənd vurulub.