Dünya üzrə koronavirusa yoluxanların sayı 9 milyonu ötdü

dunya-uzre-koronavirusa-yoluxanlarin-sayi-9-milyonu-otdu
Oxunma sayı: 932

Dünya üzrə koronavirusa yoluxanların sayı 9 milyonu ötüb.

“Qafqazinfo” worldometers.info-ya istinadən xəbər verir ki, hazırda bu rəqəm 9 milyon 139 min 814-dür. Covid-19-dan dünyasını dəyişən 472 min 518 nəfərdir. 4 milyon 896 min 465 nəfər koronavirusa qalib gəlib.

Yoluxanların (2 milyon 378 min 791) və ölənlərin sayına görə (122 min 534) dünya ölkələri sırasında ABŞ liderdir.