Dünya üzrə koronavirusa yoluxma sayında rekord

dunya-uzre-koronavirusa-yoluxma-sayinda-rekord
Oxunma sayı: 3518

Son 24 saatda dünya üzrə koronavirusa yoluxma sayında rekord göstərici qeydə alınıb.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb.

ÜST-ün açıqladığı son statistikaya görə, ötən gün ərzində dünya üzrə 183 020 insan koronavirusa yoluxub. Bununla bu günə qədər virusa yoluxanların ümumi sayı 9 060 780-ə çatıb. Onlardan 470 939 nəfəri xəstəlik səbəbindən həyatını itirib, 4 847 018 pasiyent isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxma sayında sonuncu günlük rekord 18 iyunda (181 232) qeydə alınıb.