Dünya üzrə koronavirusdan sağalanların sayı 430 mini ötüb.
“Qafqazinfo” "Worldometer"ə istinadən xəbər verir ki, dünyada 434 min 778 nəfər Covid-19-a qalib gəlib. Xəstəlikdən ən çox sağalanlar Çindədir (77 min 663). Çindən sonra İspaniya (64 min 727), Almaniya (64 min 300), İran (45 min 983), ABŞ (33 min 99) və Fransa (27 min 186) gəlir.
Dünya miqyasında koronavirusa yoluxanların ümumi sayı 1 milyon 872 min 549 nəfərdir. 116 min 30 nəfər isə dnüyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər