Dünya üzrə koronavirusdan sağalanların sayı 9 milyonu ötdü

dunya-uzre-koronavirusdan-sagalanlarin-sayi-9-milyonu-otdu
Oxunma sayı: 1170

Dünya üzrə koronavirusdan sağalanların sayı 9 milyonu keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat verib. Bildirilib ki, hazırda bu rəqəm  9 milyon 43 min 203-dür. Ümumilikdə isə 15 milyon 736 min 499 nəfər koronavirusa yoluxub. 642 min 829 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib.

Hazırda dünyada 5 milyon 561 min 199 aktiv koronavirus xəstəsinin olduğu bildirilib.