“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 4-cü günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, gecə çağdaş Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulub. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
Cadenza Orkestri iki istiqamət üzrə fəaliyyət göstərir: musiqi maarifçiliyi və məşhur beynəlxalq musiqi festivalları və mərkəzləri ilə yaradıcılıq əlaqələrinin yaradılması və bununla da Azərbaycan musiqisinin təbliği.
Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Foto, video: Xəyal Vəlizadə








Son xəbərlər
Son Xəbərlər